Logo

Radiasiya Problemləri İnstitutunun laboratoriya və şöbələri illik hesabat verib

28.11.2023 23:03 204 baxış
IMG

Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun (RPİ) Elmi şurasının 2023-cü ildə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin müzakirəsinə həsr olunmuş iclası keçirilib.

Bu barədə "Tehsil.biz"ə institutdan məlumat verilib.

Hesabatı giriş sözü ilə açan institutun baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev bildirib ki, 2023-cü ildə müəssisə əməkdaşları elmin 4 istiqamətində 13 mövzu üzrə apardığı tədqiqatlarda 30-a qədər mühüm nəticə alıblar. Bundan başqa, dövlət tapşırıqları üzrə bir neçə tədqiqat işləri aparılıb. İşğaldan azad olunmuş ərazilərdə radioekoloji tədqiqatların nəticələri, yüksək həssaslığa malik radiasiya detektorlarının hazırlanması, radiasiyanın bioloji orqanizmlərə təsiri, nanokompozitlərin alınması, azkarbonlu radiasiya-kimyəvi proseslər və s. kimi uğurlu nəticələr var.

İ.Mustafayev 2023-cü hesabat ilində institutun laboratoriyaları və əməkdaşlarının səmərəli fəaliyyət göstərdiyini qeyd edərək, hesabatların da geniş, dolğun və elmtutumlu olacağına inandığını bildirib.

Xəbər lenti