Yanvarın 1-dən noyabrın 22-dək Təhsildə Keyfiyyət Təminatı Agentliyinə diplomların tanınması üzrə ümumilikdə 6270 müraciət daxil olub.
Tehsil.biz xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədr müavini, sədr vəzifəsinin müvəqqəti icraçısı Kamran Rəsulov “Effektiv kommunikasiya” mövzusunda keçirilən seminarda deyib.
Onun sözlərinə görə, müraciətlərə ortalama baxılma müddəti 12 gün təşkil edib:
"Müraciətlərin 83 faizinə (5215) müsbət qərar verilərək onlara müvafiq şəhadətnamələr təqdim edilib, 17 faizi (1055) isə mənfi qərarla yekunlaşıb".
Mərcanə Əsədova