Logo

Respublika Fənn Olimpiadalarında iştirak etmək istəyənlərin NƏZƏRİNƏ

29.11.2023 09:47 179 baxış
IMG

29 noyabr saat 10:00-dan Respublika Fənn Olimpiadalarında (RFO) iştirak üçün qeydiyyatdan keçmiş şagirdlər https://portal.edu.az/ platforması üzərindən “Müsabiqə və olimpiadalar” bölməsinə daxil olaraq buraxılış vərəqələrini yükləyə və çap edə bilərlər.

Bu barədə "Tehsil.biz"ə Elm və Təhsil Nazirliyindən bildirilib.

RFO-nun rayon (şəhər) mərhələsi informatika fənni üzrə dekabrın 16-da (8-9-cu siniflər) və 17-də  (10-11-ci siniflər), digər fənlər üzrə isə dekabrın 24-də əvvəlcədən müəyyənləşdirilmiş mərkəzlərdə keçiriləcək.

Buraxılış vərəqələrinin şəxsi kabinet vasitəsilə əldə olunması ilə bağlı yaranan hər hansı çətinliklə əlaqədar +994 50 791 46 31 nömrəsinə “WhatsApp” üzərindən problemin ətraflı təsvirini yazaraq müraciət etmək mümkündür.

Fənn olimpiadalarının keçirilməsində məqsəd şagirdlərdə özünəinam hissini gücləndirmək, ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənənləri aşkar etməklə onların potensial imkanlarının inkişafı istiqamətində tədbirlər müəyyənləşdirmək, həmçinin məktəblilərin ixtisas və peşə seçiminə hazırlanması üçün zəmin yaratmaqdır.

Qeyd edək ki, fənn olimpiadaları Kapital Bankın baş sponsorluğu ilə təşkil edilir.

Xəbər lenti