Logo

"Doktoranturaya istedadlı şəxslərin cəlb edilməsi ilə bağlı ciddi problemlər var"

29.11.2023 12:06 319 baxış
IMG

"Hələ də doktoranturaya istedadlı şəxslərin cəlb edilməsi ilə bağlı ciddi problemlər var".

Tehsil.biz xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) bu gün keçirilən ümumi yığıncağında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, tədqiqatçının statusu məsələsi bu məsələdə gündəmə gəlir:

"Alimlərin statusu vacibdir. Elə şərait yaratmaq lazımdır ki, alim sırf elmlə məşğul olsun. Həmin şəxsə siyasi status, yaxud hər hansı inzibati vəzifə verəndə alim olmur, çünki elmlə məşğul olmağa vaxtı qalmır. Misal olaraq, Əziz Sancar heç yerdə direktor deyil, sırf elmlə məşğul olur. Kənar işlərə, inzibati vəzifələrə meyl etməkdənsə, elmlə məşğul olmaqdan qürur duysun".

Mərcanə Əsədova

Xəbər lenti