"Qarabağ Universitetinin timsalında elm və ali təhsilin inteqrasiyası daha yaxşı qurulacaq".
Tehsil.biz xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev AMEA-nın bu gün keçirilən ümumi yığıncağında çıxışı zamanı deyib.
Nazir bildirib ki şəxsi maraqlarn böyük elmi maraqları üstələməməsinə çalışmaq lazımdır:
"Əminəm ki, bunu edə biləcəyik. Bir günə universitet yaratmaq mümkün deyil. Ancaq inanmaq istəyirik ki, 2024-cü ilin sentyabr ayında tələbələri, tədqiqatçıları, gənc alimləri orada görmək imkanımız olacaq. Ümumilikdə həmin universitetdə bütün mümkün resurslardan istifadə edəcəyik. Elm sahəsi üzrə fəaliyyətin dürüstlük prinsipi əsasında izlənilməsi üçün əlimizdən gələni edəcəyik".
Kənan Nağıbəyli