Logo

Naxçıvanda Təhsil Nazirliyinin təşkilatçılığı ilə infotur keçiriləcək

29.11.2023 12:30 266 baxış
IMG

Naxçıvan Muxtar Respublikasında məktəbəqədər, ümumi və məktəbdənkənar təhsil müəssisələri üzrə özəl sektorun fəaliyyətə başlaması və bu sahənin daha da inkişaf etdirilməsi məqsədilə dekabrın 11-də Naxçıvan şəhərində Təhsil Nazirliyinin təşkilatçılığı ilə dövlət qurumları və müvafiq şəxslərin iştirakı ilə infotur keçiriləcək.

Bu barədə "Tehsil.biz"ə Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, infoturda iştirak üçün dekabrın 8-dək [email protected] ünvanına yazmaqla və ya +994 51 727 69 69 nömrəsinə zəng etməklə qeydiyyatdan keçmək mümkündür.

Xəbər lenti