Təhsil İnstitutunun benefisiar olduğu Avropa İttifaqının maliyyə dəstəyilə həyata keçirilən “Azərbaycanda təhsil sisteminin dayanıqlığının gücləndirilməsi və AzMKÇ 5-ci səviyyə kvalifikasiyalarının təkmilləşdirilməsi üçün Elm və Təhsil Nazirliyinə dəstək” adlı texniki yardım layihəsi çərçivəsində data analitikası və təhsil tədqiqatı qrupunun beşinci təlim görüşləri keçirilib.
İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, təlimin keçirilməsində əsas məqsəd strateji məqsədlərin müəyyən edilməsi və strateji sənədin layihəsinin formalaşdırılması, strateji məqsədlərə uyğun fəaliyyət planının hazırlanması, təhsil layihələrinin müzakirəsi və onların formalaşdırılması (ad, məqsədlər, məlumat mənbəyi və metodologiya) olub.
Təlimlərdə spiker qismində Srdcan Verbiç, moderator qismində isə Boris Curkoviç və Maya Yukiç çıxış ediblər. İki gün ərzində iştirakçılar data analitikası strategiyasının müzakirəsi, fəaliyyət planı üzrə təkliflərin hazırlanması üçün qrup işi aparıb və yekunda nəticələri təqdim ediblər. Təlim iştirakçılarında data analitikası üzrə imkanların təkmilləşdirilməsinə dair mümkün fəaliyyətlərin müzakirəsi ilə bağlı ilkin bacarıqlar formalaşdırılıb.
Qeyd edək ki, tədqiqat qrupunda 37 nəfər iştirak edir.