Logo

İstanbul Universitetinin dosenti UNEC tələbələrinə mühazirə oxuyub - FOTO

29.11.2023 18:00 295 baxış
IMG

Türkiyənin İstanbul Universitetinin dosenti Taner Artan Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İctimai idarəetmə və sosial innovasiyalar kafedrasının müdiri dosent Elşən Məmmədovla birlikdə tələbələrə mühazirə keçiblər.

UNEC-dən "Tehsil.biz"​​​​​​ə bildirilib ki, İqtisadiyyat və idarəetmə fakültəsində sosial iş ixtisası üzrə təhsil alan tələbələrə sosial işin nəzəriyyəsi və təcrübəsi fənni üzrə keçirilən dual dərsdə “Böhran müdaxiləsi” mövzusu müzakirə olunub.

Mühazirədə böhran müdaxiləsinin mahiyyəti, yaranma tarixi və Türkiyə təcrübəsində tətbiq olunan istiqamətləri praktiki nümunələr əsasında izah edilib və tələbələri maraqlandıran suallar cavablandırılıb.

Xəbər lenti