Bakı Mühəndislik Universitetində (BMU) “Procter&Gamble” şirkətinin nümayəndələri ilə görüş keçirilib.
Tehsil.biz xəbər verir ki, universitetin Müəssisələrlə əlaqələr və karyera departamentinin təşkil etdiyi görüşdə şirkətin Qafqaz və Orta Asiya regionu üzrə satış direktoru Fərid Əlizadə, kateqoriya üztə maliyyə meneceri Gülyaz Həşimova və müştəri xidmətləri üzrə baş meneceri Cəlal Novruzov çıxış ediblər.
Şirkət təmsilçiləri “Procter&Gamble” ilə bağlı ümumi məlumatları, o cümlədən fəaliyyət sahələri, istehsal gücü, müəssisədə karyera imkanları ilə əlaqədar ətraflı məlumat veriblər.
Şirkət tərəfindən tələbələr üçün icra olunan təcrübə proqramlarından da danışan qonaqlar 2024-cü il üçün nəzərdə tutulan və satış, marketinq, logistika kimi üç istiqaməti əhatə edən yay təcrübə proqramına müraciət və qəbul qaydaları ilə görüş iştirakçılarını tanış ediblər.


