Logo

Bakıda şagird qızılcadan vəfat etdi

30.11.2023 12:26 357 baxış
IMG

Bakıda şagird qızılca xəstəliyindən vəfat edib. 

Tehsil.biz xəbər verir ki, bu barədə məktəbin direktoru Laçın Hüseynli sosial şəbəkə hesabında məlumat yayıb. 

O bildirilib ki, 195 saylı tam orta məktəbdə qızılcaya yoluxan bir şagird dünyasını dəyişib:

“Artıq bir övladımızı qızılca xəstəliyinə görə itirdik. Çox təəssüf. Allah valideynlərinə səbir versin. Ölkədə tibb sahəsində kadr çatışmazlığı varmı? Artıq iki ildir ki, məktəb üçün tibb bacısı tələb edirik. Üç növbəli məktəbin bir həkimi yoxdur. Son beş gündə 200-dən çox yoluxma var”.

Xəbər lenti