"Gələn ilin sentyabrından Qarabağ Universitetində təhsil başlayacaq"
Tehsil.biz xəbər verir ki, bunu media üçün brifinqdə elm və təhsil naziri Emin Əmrullayev bildirib.
"Biz 800-1000 tələbənin orada təhsil alması üçün şərait yaratmağı planlaşdırırıq. Dövlət İmtahan Mərkəzinin qəbulu üzrə birinci kurslar, Nazirliyin SABAH qruplarının 2 kurs tələbələrini müsabiqə əsasında köçürmək istəyirik", - nazir qeyd edib.
Mərcanə Əsədova