"Bu gün 200-dən çox məktəbdə peşə təmayüllü siniflər var".
Bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov "Tehsil.biz"in sualını cavablandırarkən deyib.
O qeyd edib ki, peşə təmayüllü siniflər ümumtəhsil məktəblərində 4 ildən çoxdur ki, fəaliyyət göstərir.
“Həmin məktəblərdə 4 mindən çox tələbə var. Növbəti illərdə peşə təmayüllü məktəblərin sayının 600-ə çatdırılması planlaşdırılır”, - Agentlik direktoru qeyd edib.
Mərcanə Əsədova