Logo

“Elm və Texnologiya Parkı” ləğv olunur

30.11.2023 18:38 331 baxış
IMG

Azərbaycan Milli Elmlər Akademiyasına məxsus “Elm və Texnologiya Parkı” MMC ləğv olunduğunu elan edib.

Tehsil.biz xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzeti məlumat yayıb.

Məlumatda deyilir ki, kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, ev 30, mənzil 109 ünvanına bildirə bilərlər.

Xatırladaq ki, “Elm və Texnologiya Parkı” 2016-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı isə 50 manatdır.

Xəbər lenti