Logo

Gəncə-Daşkəsən Regionalı üzrə məktəblərin istiliklə təmin olunması prosesi yekunlaşıb

30.11.2023 19:49 360 baxış
IMG

Payız-qış mövsümü ilə əlaqədar Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər və ümumi təhsil müəssisələrinin istiliklə təmin olunması prosesi yekunlaşıb.

Bu barədə "Tehsil.biz"ə regional təhsil idarəsindən məlumat verilib.

Bildirilib ki, regional idarənin tabeliyində fəaliyyət göstərən 215 müəssisə qazla, 131 müəssisə odunla, 25 müəssisə dizellə, 9 müəssisə isə elektriklə qızdırılır.

Qeyd edək ki, istilik sistemlərində mövcud və yaxud yarana biləcək problemlərin həlli istiqamətində görülən işlər mövsüm boyu davam etdirilir.

Xəbər lenti