Logo

“Sabahın alimləri” layihəsinin iştirakçıları Seysmoloji Mərkəzdə olublar - FOTO

30.11.2023 21:51 386 baxış
IMG

Noyabrın 30-da Səttar Bəhlulzadə adına Xarici Dillər Gimnaziyasının fizika müəllimi Tünzalə Rəsulovanın rəhbərliyi ilə məktəbin XI (İT) sinif şagirdləri Tunar Xankişizadə və Mənsurə Həsənzadə “Sabahın alimləri” müsabiqəsi çərçivəsində “Zəlzələ məlumat vericisi” mövzusunda hazırlamaq istədikləri layihə ilə bağlı AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində olublar.

Bu barədə "Tehsil.biz"ə mərkəzdən məlumat verilib.

Əvvəlcə qonaqlara RSXM-nin Zəlzələlərin tədqiqatı bürosunun rəisi, yer elmləri üzrə fəlsəfə doktoru Səidə İsmayılova mərkəzin seysmik stansiyalar şəbəkəsi, seysmik stansiyalardan gələn siqnalların qəbulu və emalı prosesi, eləcə də mərkəzdə aparılan kompleks geofiziki-seysmoloji tədqiqatlar haqqında ətraflı məlumat verib.

Bundan başqa, məktəblilər seysmik cihaz və avadanlıqlarla da tanış olublar. RSXM-nin əməkdaşı Azər Zahidov məktəblilərə seysmik cihaz və avadanlıqların iş prinsipi  haqqında məlumat verib. Azər Zahidov, həmçinin onu da bildirib ki, hazırda dünyada zəlzələlərin dəqiq proqnozu yoxdur. Ona görə də əvvəlcədən hansısa ərazidə zəlzələ baş verəcəyinə dair dəqiq proqnoz vermək mümkün deyil.

Xəbər lenti