Logo

Şirvan-Salyan Regionunda təhsil müəssisələrinin istiliklə təmin olunması prosesi yekunlaşıb

01.12.2023 14:47 436 baxış
IMG

Payız-qış mövsümü ilə əlaqədar Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər və ümumi təhsil müəssisələrinin istiliklə təmin olunması prosesi yekunlaşıb.

Bu barədə "Tehsil.biz"ə Şirvan-Salyan Regional Təhsil İdarəsindən məlumat verilib.

Regional idarənin tabeliyində fəaliyyət göstərən 140 müəssisə qazla, 62 müəssisə odunla, 8 müəssisə dizellə, 30 müəssisə isə elektriklə qızdırılır.

Regiondakı məktəblərin əksəriyyətində mərkəzləşdirilmiş istilik sistemi yaradılıb, bəzi təhsil müəssisəsində isə qaz sobaları və kombi sistemi quraşdırılıb.

Son illərdə rayonda yeni modul tipli məktəblər istifadəyə verildiyindən odunla qızdırılan təhsil ocaqlarının sayı azalıb.

Xəbər lenti