Logo

Həsən Həsənov Heydər Əliyev barədə xatirələrini UNEC kollektivi ilə bölüşüb - FOTO

01.12.2023 16:40 158 baxış
IMG

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə UNEC-də tanınmış siyasi və dövlət xadimi Həsən Həsənovla görüş keçirilib. Həsən Həsənovun Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini dinləmək məqsədilə təşkil olunan görüşdə UNEC rektoru professor Ədalət Muradov və universitetin kollektivi iştirak edib.

Azərbaycan Dövlət İqtisad Universitetindən "Tehsil.biz"ə verilən xəbərə görə, Ulu Öndər Heydər Əliyevin zəngin irsinin öyrənilməsinin, tədqiq edilməsinin və gələcək nəsillərə ötürülməsnin vacibliyini bildirən prof.Ədalət Muradov UNEC-də bu istiqamətdə silsilə tədbirlərin keçirildiyini qeyd edib. Bu günkü görüşdə Azərbaycanın siyasi tarixində müsbət izlər qoymuş, Ulu Öndərin siyasi xəttinə sadiqlik nümayiş etdirmiş, tanınmış dövlət və siyasi xadim, dəyərli alim və tədqiqatçı Həsən Həsənovun Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrinin dinləniləcəyini bildirib.

Ümummilli Lider Heydər Əliyevlə ilk tanışlığının tarixçəsi ilə çıxışına başlayan Həsən Həsənov Ulu Öndərin Azərbaycanda yeni sənaye müəssisələrinin açılması, milli ordunun formalaşdırılması, ölkədə ilk ali hərbi təhsilin yaradılması, Azərbaycanın beynəlxalq aləmdə tanınması, cəmiyyətdə milli düşüncənin formalaşması istiqamətində göstərdiyi misilsiz xidmətlərindən söz açıb. Ulu Öndərin hər bir məsələni real hadisələrdə görmək kimi fitri istedada malik olduğunu deyən Həsən Həsənov Ulu Öndərin təşəbbüsü ilə sovet dövründə 10 cildlik "Azərbaycan tarixi" kitabının yazılmasının, Azərbaycan əsgəri haqqında musiqinin yaradılmasının, eləcə də ölkəmiz üçün önəmli olan digər fövqəladə hadisələrin tarixçələrindən danışıb.

Ulu Öndər Heydər Əliyevlə bağlı maraqlı və zəngin xatirələrini bölüşən Həsən Həsənov sonra iştirakçıların suallarını cavablandırıb.

Həsən Həsənov Heydər Əliyev barədə xatirələrini UNEC kollektivi ilə bölüşüb

Xəbər lenti