Logo

BMU-da Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi təntənəli şəkildə qeyd olunib - FOTO

01.12.2023 17:00 205 baxış
IMG

Bakı Mühəndislik Universitetində (BMU) Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tehsil.biz əbər verir ki, Azərbaycanın tanınmış incəsənət xadimləri, hər iki universitetin rəhbərliyi, professor-müəllim heyəti, tələbələr və digər qonaqların iştirak etdiyi tədbirdə çıxış edən BMU-nun rektoru Yaqub Piriyev ölkəmizin təhsil, mədəniyyət tarixində xüsusi yerə, zəngin ənənələrə malik olan ADMİU-nun kollektivini 100 illik yubiley münasibətilə təbrik edib.

Bu mühüm hadisənin ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə eyni ilə təsadüf etməsini diqqətə çatdıran rektor ADMİU-nun inkişafı, əldə etdiyi uğurların məhz ulu öndərin adı və çoxşaxəli fəaliyyəti ilə bağlı olduğunu bildirib.

Y. Piriyev ümummilli liderin layiqli davamçısı, Prezident İlham Əliyevin milli mədəniyyət və incəsənətin, təhsilin inkişafında xüsusi xidmətləri olan tədris ocaqlarının fəaliyyətinə yüksək qiymət verdiyini, onlara hər zaman dəstək göstərdiyini nəərə çatdırıb.

Yaqub Piriyev iki universitet arasındakı əlaqələrdən də bəhs edib və BMU-da mühəndis kadrlarının hazırlığının həyata keçirilməsinə baxmayaraq, tələbələrin mədəniyyətə böyük maraq göstərdiklərini bildirib.

Ölkə Prezidentinin ADMİU-nun yubileyinin qeyd edilməsi barədə Sərəncamının böyük sevinclə qarşılandığını və incəsənət sahəsində çalışanları ilhamlandırdığını deyən universitetin rektoru professor Ceyran Mahmudova rəhbərlik etdiyi ali təsil müəssisəsinin böyük tarixi yol qət etdiyini vurğulayıb. Rektor 1923-cü ildə Bakı Teatr Məktəbinin bazasında yaradılan, 1991-ci ildə isə universitet statusu qazanan ADMİU-nun hazırda yalnız teatr sahəsi üzrə deyil, kino, audiovizual, rəssamlıq, musiqi sənəti kimi sahələri də əhatə edərək, hazırda 5 istiqamət üzrə fakültələri birləşdirdiyini, eyni zamanda müasir dövrün tələbləri əsasında aktual ixtisaslar üzrə də kadr hazırlığına başlanıldığını qeyd edib. 

Çıxışlardan sonra rektorlar tərəfindən qarşılıqlı hədiyyələr təqdim edilib. 

Tədbir ADMİU-nun Musiqi sənəti fakültəsinin hazırladığı konsertlə davam edib. 

Xəbər lenti