Logo

Xüsusi qabiliyyət tələb edən ixtisasların Təsviri sənət istiqaməti üzrə seminar keçirilib

01.12.2023 17:37 180 baxış
IMG

Dekabrın 1-də ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən rəngkarlıq, qrafika, heykəltəraşlıq, dekorativ tətbiqi sənət və dizayn ixtisasları üzrə seminar keçirilib.

Tehsil.biz xəbər verir ki, seminarda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professor və müəllim heyəti, Dövlət İmtahan Mərkəzinin əməkdaşları iştirak ediblər. 

İclasda xüsusi qabiliyyət tələb edən qrafika, rəngkarlıq, dekorativ tətbiqi sənət ixtisaslarının rəsm və rəngkarlıq fənləri, heykəltəraşlıq ixtisasının rəsm və yapma fənləri, dizayn ixtisasının rəsm fənni üzrə qabiliyyət imtahanı proqramları, qiymətləndirmə meyarları, imtahana hazırlaşmaq üçün metodiki tövsiyələr, bakalavriat səviyyəsinə qəbulun nəticələrinin elmi-statistik təhlili və növbəti tədris ili üçün keçiriləcək qabiliyyət imtahanlarında nəzərdə tutulan digər məsələlər müzakirə edilib.

Qiymətləndirmə meyarlarının təftişi və yenilənməsi ilə bağlı yaradılmış işçi qruplarının hazırladığı layihə iclasda səsləndirilən qeydlər nəzərə alınmaqla məqsədəuyğun hesab edilib. Həmçinin heykəltəraşlıq ixtisasının yapma fənninin meyarının layihəsi üzərində işin davam etdirilməsi qərara alınıb.

Xəbər lenti