Logo

BSU-da “Təhsildə Könüllülük” mövzusunda infosessiya keçirilib - FOTOLAR

01.12.2023 18:27 153 baxış
IMG

Dekabrın 1-də Bakı Slavyan Universitetində (BSU) “Təhsildə Könüllülük” mövzusunda infosessiya keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə çıxış edən BSU-nun rektor müşaviri Elçin Hüseynov infossesiya iştirakçılarını universitet rəhbərliyi adından salamlayaraq burda görməkdən məmnunluğunu ifadə edib. Elçin Hüseynov infossesiyanın keçirilməsində məqsədin Məktəbəqədər təhsil üzrə ixtisaslarında təhsil alan tələbələrin eyni zamanda təhsil göstəriciləri, bilik və bacarıqları yüksək olan tələbələri məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətinə aktiv cəlb edərək bu müəssisələrin fəaliyyətinə dəstək göstərməkdən ibarət olduğunu bildirib. Rektor müşaviri bu kimi infossesiyaların keçirilməsinin həmçinin, bu ixtisaslarda təhsil alan tələbələrə praktiki təcrübə verməklə gələcək kadr hazırlığı prosesində də gənclərin potensialını daha da inkişaf etdirmək baxımından faydalı və əhəmiyyətli olduğunu xüsusi vurğulayıb.

Sonra layihə rəhbəri Yeganə Hüseynzadə müsabiqə barədə ətraflı məlumat verib. O, “Bir Könüllü” Tələbə Təşkilatı və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə əməkdaşlığı ilə “Təhsildə Könüllülük” təşəbbüsü çərçivəsində paytaxda və regionlarda fəaliyyət göstərən ali təhsil və orta ixtisas təhsil müəssisələrinin məktəbəqədər təlim və tərbiyə ixtisası üzrə təhsil alan tələbələrinin məktəbəqədər təhsil müəssisələrində (bağçalarda) praktiki fəaliyyətlərə cəlb edilməsi barəsində danışıb. Layihə rəhbəri proqramın əsas məqsədinin tələbələrə praktiki təcrübə verməklə gələcək kadr hazırlığı prosesinə töhfə vermək və ali və orta ixtisas təhsil müəssisələri ilə məktəbəqədər təhsil müəssisələrinin (bağçaların) uğurlu koordinasiyalı əməkdaşlığını formalaşdırmaq olduğunu söyləyib.

İnfosessiya tələbələrin suallarının cavablandırılması ilə davam edib.

Xəbər lenti