Logo

Fizika İnstitutunda “SABAH” qruplarının nümayəndələri ilə görüş keçirilib

01.12.2023 19:14 169 baxış
IMG

Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunda “SABAH” qruplarının İcra Komitəsinin rəhbəri Eldar Qocayev və ali təhsil müəssisələri üzrə “SABAH” Mərkəzinin rəhbərləri qonaq olublar.

Bu barədə "Tehsil.biz"ə institutdan bildirilib.

Qonaqlar institutun baş direktoru, akademik Arif Həşimovla görüşüblər.

Görüşdə E.Qocayev “SABAH” qruplarının yaranma tarixi haqqında məlumat verib, bu günlərdə qruplarda magistratura səviyyəsinin 14 ixtisas üzrə fəalliyyətə başladığını bildirib. Bu istiqamətdə elmi-tədqiqat institutlarının töhfələrinə xüsusi ehtiyacın olduğunu qeyd edib. O bildirib ki, magistratura səviyyəsi üzrə ixtisaslar əsasən texniki, texnoloji və təbiət elmləri üzrə qurulub.

Görüşdə tədris prosesinin təkmilləşdirilməsi, ixtisasların müəyyənləşdirilməsi, gələcək əməkdaşlıq sahələri və bu istiqamətdə Fizika İnstitutunun verə biləcəyi dəstək və töhfələr müzakirə olunub.

Akademik A.Həşimov bu təklifi yüksək qiymətləndirdiyini, Fizika İnstitutunun hər zaman ali təhsil müəssisələri ilə qarşılıqlı əlaqədə olduğunu, gözləntilərə nail olmaq üçün lazım olan bütün şəraitin yaradılacağını qeyd edib.

Xəbər lenti