Logo

LDU-da narkomaniyaya qarşı maarifləndirici tədbir keçirilib - FOTO

02.12.2023 11:33 180 baxış
IMG

Lənkəran Dövlət Universitetinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının birgə təşkilatçılığı ilə LDU-da narkomaniya əleyhinə maarifləndirici tədbir keçirilib.

Universitetdən "Tehsil.biz"ə bildirilib ki, tədbiri LDU-nun prorektoru, prof. Kamran Kazımov açıb, narkomaniyanı əsrin ən böyük bəlası, sosial fəlakət adlandırıb, cəmiyyətə vurduğu ağır zərbələrdən söz açaraq ona qarşı kollektiv mübarizəni günün ən vacib məsələsi olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Lənkəran Şəhər İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdürü Emin Quluyev, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının məsul işçisi Vasif Quliyev tədbirdə çıxış edərək ölkəmizdə narkomaniyaya qarşı aparılan mübarizə tədbirlərindən, dövlətin bu istiqamətdə yürütdüyü siyasətdən, qəbul olunmuş dövlət proqramlarının icra vəziyyətindən, narkomaniyanın ağır fəsadlarından, bu ağır bəlaya qarşı aparılacaq profilaktik tədbirlərin vacibliyindən söz açıblar.

Tədbirdə NMDK-nın işçi qrupu tərəfindən “Narkotiklər haqqında həqiqəti bilin”adlı zəruri təbliğat materialları tələbələr arasında paylanılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Xəbər lenti