Logo

Astronomlar böyük ulduz kütləsi olan planet kəşf ediblər

02.12.2023 13:21 287 baxış
IMG

Süd Yolu qalaktikamızın ən çox yayılmış ulduz növü “qırmızı cırtdan” adlanır və o, Günəşimizdən çox kiçik, daha az işıqlıdır. Bu ulduzlar, sadəcə olaraq, Yerdən daha nəhəng planetlərlə müqayisədə kifayət qədər böyük deyillər. Lakin “qırmızı cırtdan”a çox yaxın orbitdə fırlanan böyük kütləli ulduzu olan planetin kəşfi astronomların bu geniş yayılmış ulduz növünü əhatə edən planetar əmələgəlmə nəzəriyyəsi üzərində yenidən düşünməsinə səbəb olub. Bu planetin öz ulduzu ilə kütlə nisbəti Yer və Günəşin kütləsindən 100 dəfədən çox böyükdür.

Tehsil.biz "Science" jurnalına istinadla xəbər verir ki, LHS 3154 adlanan ulduz planetimizə nisbətən yaxındır və Yerdən təxminən 50 işıq ili uzaqdadır. İşıq ili işığın bir ildə qət etdiyi məsafədir və 9,5 trilyon kilometrə bərabərdir. Lakin Günəş bu ulduzdan təxminən min dəfə daha parlaqdır.

Tədqiqatın aparıcı müəllifi olan Prinston Universitetinin astronomu Gudmundur Stefansson deyib: “Bu, demək olar ki, bir ulduz deyil. Onun kütləsi ulduz sayılacaq hidrogen birləşməsini dəstəkləyən kəsikdən bir qədər yuxarıdır”.

LHS 3154 b adlanan planet isə Yerin Günəşdən orbital məsafəsinin təqribən 2,3 faizi ətrafında, habelə hər 3,7 gündən bir öz ulduzunun yaxınlığında dövr edir. O, Günəşə hətta Günəş sistemimizin ən daxili planeti olan Merkuridən daha yaxındır.

Planet ölçüsü və tərkibinə görə Günəş sistemimizin dörd qaz planetindən ən kiçiyi olan Neptuna bənzəyir. Neptunun diametri Yerin diametrindən təxminən dörd dəfə böyükdür. Planetin tədqiqi üçün istifadə edilən üsul tədqiqatçılara onun diametrini dəqiq ölçməyə imkan verməyib, lakin onlar onun Yerin diametrindən təxminən 3-4 dəfə böyük olduğunu ehtimal edirlər.

Möhkəm səthi olmayan Neptun dinamik atmosferə malikdir. Bu planet, əsasən, hidrogen və heliumdan ibarətdir, mantiyanın üstündəki tərkibi sulu ammonyak və bərk nüvəni ehtiva edir. Astronomlar Neptuna bənzəyən yeni planetin tərkibinə və onun öz ulduzuna yaxınlığına əsaslanaraq, orada həyat əlamətinin olması ehtimalını istisna edirlər.

Tədqiqatçılar LHS 3154 b planetini Texas Universitetinin MakDonald Rəsədxanasındakı “Hobbi-Eberli” teleskopu vasitəsilə kəşf ediblər.

Xəbər lenti