Logo

ADPU-da Beynəlxalq Əlillər Günü qeyd olunub - FOTO

02.12.2023 15:26 393 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Məktəbəqədər təhsil fakültəsinin təşkilatçılığı ilə Beynəlxalq Əlillər Gününə həsr edilmiş "Rəngli dünyam" adlı tədbir keçirilib.

ADPU-dan "Tehsil.biz"ə bildirilib ki, tədbir Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Sosial və humanitar məsələlər üzrə prorektor professor Fikrət Rzayev Azərbaycanda sağlamlıq imkanları məhdud şəxslərin cəmiyyətə inteqrasiyası, sosial həyatı və təhsili üçün genişmiqyaslı Dövlət Proqramının icra olunduğunu, məktəblərdə inklüziya yanaşmasının tətbiq edildiyini, eyni zamanda, Məktəbəqədər təhsil fakültəsində müvafiq ixtisaslar üzrə yüksək səviyyəli mütəxəssislərin hazırlandığını, universitetdə İnklüziv Təhsil Mərkəzinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

Tədbir çərçivəsində sağlamlıq imkanları məhdud Ayşə Qasımovanın “Zər qanadlı kəpənək” kitabının təqdimatı keçirilib. Daun sindromlu uşaqların rəqsi, gözdən əlil uşaqlar üçün 38 saylı musiqi məktəbinin "Duyğu" xalq çalğı alətləri ansamblının ifaları tədbiri daha da rəngarəng edib.

Xəbər lenti