Təhsil İnstitutunun nəzdindəki İnsan Resursları Mərkəzinə noyabr ayı ərzində daxil olan müraciətlərin statistikası açıqlanıb.
Mərkəzdən "Tehsil.biz"ə bildirilib ki, ötən ay ümumilikdə 4240 müraciət daxil olub.
Müraciətlərin 311-i feysbuk, 3353-ü Çağrı Mərkəzi üzərindən gəlib. Habelə elektron poçt ünvanına 349, sayt üzərindən isə 151 müraciət daxil olub. 76 vətəndaş isə qəbulda iştirak edib.