Logo

Tarix Muzeyinin yeni qurulan ekspozisiyasında 5 minədək eksponat yer alır

02.12.2023 16:17 145 baxış
IMG

Milli Azərbaycan Tarixi Muzeyinin yeni qurulan ekspozisiyasında 5 minədək eksponat yer alır.

Tehsil.biz xəbər verir ki, bunu muzeyin elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru Fərhad Cabbarov bildirib.

F.Cabbarovun sözlərinə görə, hazırda eksponatların müvafiq vitrinlərdə yerləşdirilməsi başa çatıb və son tamamlanma işləri aparılır.

Eksponatlar əsasən bölmələr üzrə qruplaşdırılır. Burada müxtəlif dövrlərə, o cümlədən Daş və Tunc, Antik və Orta əsrlər dövrlərinə aid eksponatlar nümayiş olunacaq.

Xəbər lenti