Logo

UNEC ilə CFA arasında əməkdaşlıq perspektivləri müzakirə edilib

02.12.2023 18:00 156 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Türkiyənin CFA İnstitutu filialının prezidenti Alper Alkan və icraçı direktoru İlke Homrişlə görüş keçirilib.

Bu barədə "Tehsil.biz"ə UNEC-dən bildirilib.

Görüşdə CFA ilə UNEC arasında əməkdaşlıq perspektivləri müzakirə edilib və müvafiq razılaşmalar əldə olunub.

Qeyd edək ki, UNEC 2018-ci ildə CFA akkreditasiyasını qazanıb və institut tərəfindən tərəfdaş universitet kimi qəbul edilib.

Xəbər lenti