Logo

BSU tələbələri ADA Universitetində keçirilən təlimdə iştirak ediblər - FOTO

02.12.2023 19:19 170 baxış
IMG

Noyabrın 30-da Bakı Slavyan Universitetinin (BSU) magistratura və bakalavriat səviyyəsi üzrə təhsil alan tələbələri ADA Universitetində keçirilən “Liderlik üslubları” təlimində iştirak ediblər.

BSU-dan "Tehsil.biz"ə bildirilib ki, təlim zamanı tələbələrə liderlik üslubları, rəhbəri effektiv edən vərdişlər, hədəflərin müəyyənləşdirilməsi, planlaşdırma, nəzarət, qiymətləndirmə, motivasiya, vaxtın idarə edilməsi və s. məsələlər barədə ətraflı məlumat verilib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Xəbər lenti