Logo

Heydər Əliyev Sarayının direktorunun birinci müavini işdən çıxıb

02.12.2023 19:42 138 baxış
IMG

Heydər Əliyev Sarayının direktorunun birinci müavini Faiq Mirzəyev işdən çıxıb.

Tehsil.biz xəbər verir ki, o, bu barədə özünün sosial şəbəkə hesabında yazıb.

“Hər bir işin sonu olduğu kimi mənim də Heydər Əliyev Sarayındakı 3 illik fəaliyyətim sona çatdı. Məni saraya təyin edən sabiq mədəniyyət naziri Anar Kərimova, mədəniyyət naziri Adil Kərimliyə, sarayın gözəl kollektivinin hər bir üzvünə, sarayla çalışan təşkilatçılara dərin təşəkkürümü bildirirəm”, - F.Mirzəyev bildirib.

Qeyd edək ki, F.Mirzəyev 16 iyun 2022-ci ildə direktorun birinci müavini təyin olunmuşdu.

Xatırladaq ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmrinə əsasən, bu ilin noyabrın 25-də İlham Qasımov Heydər Əliyev Sarayının direktoru təyin olunub.

Xəbər lenti