Logo

Qaxda tələbələr narkomaniyanın mənfi təsiri barədə məlumatlandırılıblar- FOTO

02.12.2023 20:32 211 baxış
IMG

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Qax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Qax Peşə Liseyində “Narkotik asılılıq və onun fəsadları” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Dövlət Komissiyasından "Tehsil.biz"ə bildirilib ki, tədbir “Yeniyetmələr və gənclər arasında narkomaniyaya qarşı təbliğat və maarifləndirmə işlərinin genişləndirilməsinə dair 2022-2023-cü illər üçün Tədbirlər Planı”na müvafiq olaraq sağlam həyat tərzinin təbliği ilə bağlı gənclər və yeniyetmələr arasında maarifləndirmə işinin təşkili məqsədilə reallaşıb.

Tədbirdə Qax Rayon İcra Hakimiyyətinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşları müvafiq təqdimatla çıxış edərək, narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyi, 802 - Qaynar xəttin fəaliyyət istiqaməti barədə geniş məlumat verib və tələbələri maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

Sonda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları tələbələr arasında paylanılıb.

Xəbər lenti