Logo

FHN məktəb və bağçlarda fövqəladə hallar zamanı davranış qaydaları ilə bağlı tədbir keçirib - FOTO

02.12.2023 20:48 192 baxış
IMG

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

FHN-dən "Tehsil.biz"ə verilən məlumata görə, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi tərəfindən Nəsimi rayonu 35 nömrəli tam orta məktəbində və Qaradağ rayonu 333 nömrəli uşaq bağçasında, Sumqayıt Regional Mərkəzi tərəfindən Xırdalan şəhər 23 nömrəli Körpələr evi-uşaq bağçasında, Muğan Regional Mərkəzi tərəfindən Sabirabad rayon 6 nömrəli tam orta məktəbində, Cənub Regional Mərkəzi tərəfindən Cəlilabad şəhər Ş.İ.Xətai adına 4 nömrəli tam orta məktəbində, Qarabağ Regional Mərkəzi tərəfindən Ağdam rayonu, Əhmədağalı kənd tam orta məktəbində, Gəncə Regional Mərkəzi tərəfindən Qazax rayon Z.Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbində, Şimal Regional Mərkəzi tərəfindən Xaçmaz rayonu, Mehrəliqışlaq kənd ümumi orta məktəbində, Aran Regional Mərkəzi tərəfindən isə Mingəçevir şəhər 3 nömrəli tam orta məktəbində maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların baş vermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.

FHN məktəb və baxçlarda fövqəladə hallar zamanı davranış qaydaları ilə bağlı tədbir keçirib

FHN məktəb və baxçlarda fövqəladə hallar zamanı davranış qaydaları ilə bağlı tədbir keçirib

Xəbər lenti