Logo

Naxçıvan məktəblərində dezinfeksiya işlərinə başlanılıb

02.12.2023 21:11 234 baxış
IMG

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ümumtəhsil müəssisələrində dezinfeksiya işlərinə start verilib.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən "Tehsil.biz"ə​​​​​​ bildirilib ki, məktəblərdə müvafiq ehtimallar nəzərə alınaraq nəzarət gücləndirilib.

"Ümumi təhsil məktəblərimizdə pedaqoji kollektivə şagirdlərin səhhətində müşahidə oluna biləcək hər hansı narahatlıq halları ilə bağlı daha diqqətli olmaları tövsiyə edilib. Hazırda təhsil müəssisələrimizdə Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinə tabe qurumlar tərəfindən dezinfeksiya işləri görülür", - məlumatda qeyd edilib.

Xəbər lenti