Logo

AMEA: "Asiya Akademiyaları Birliyi ilə əməkdaşlıq genişlənir"

02.12.2023 21:35 145 baxış
IMG

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli Ankarada Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Birliyinin prezidenti, professor Əhməd Nuri Yurdusev ilə görüşüb.

Bu barədə "Tehsil.biz"ə AMEA-dan bildirilib.

Görüşdə Azərbaycan Milli Elmlər Akademiyasının 2024-cü ildə qarşılıqlı əməkdaşlığı ilə əlaqədar məsələlər müzakirə olunub.

Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Birliyinin prezidenti, professor Əhməd Nuri Yurdusev Azərbaycan Milli Elmlər Akademiyasının Asiyanın elmi qurumları ilə əlaqələrinin genişlənməkdə davam etdiyini bildirib.

Qarşılıqlı etimad əsasında keçirilən görüşdə Azərbaycan Milli Elmlər Akademiyasının 2024-cü ildə Malayziya və Sinqapur akademiyaları ilə əlaqələrinin qurulmasına dair  fikir mübadiləsi aparılıb.

Xəbər lenti