Logo

Filippində universitetdə terror aktı: ölən və yaralananlar var

03.12.2023 10:23 207 baxış
IMG

Filippinin cənubunda universitetin idman zalında baş verən partlayış nəticəsində 3 nəfər ölüb, 7 nəfər yaralanıb.

Tehsil.biz xəbər verir ki, bu barədə yerli hüquq-mühafizə orqanlarının əməkdaşlarına istinadən “Manila Bulletin” məlumat yayıb.

"Dekabrın 3-də Maravi şəhərində kütləvi aksiya zamanı partlayış baş verib, nəticədə 3 nəfər ölüb, 7 nəfər yaralanıb", - məlumatda deyilir.

Portalın məlumatına görə, partlayış Mindanao Dövlət Universitetinin binasında katolik mərasimi zamanı baş verib.

Polisin məlumatına görə, hazırda qumbara, yoxsa əldəqayırma partlayıcıdan istifadə edildiyi məlum deyil.

Xəbər lenti