Logo

Azərbaycan Aşqabadda keçirilən “Qış Milli Mətbəx Xeyriyyə Festival”ında təmsil olunub - FOTO

03.12.2023 12:33 199 baxış
IMG

Dekabrın 3-də Aşqabad Beynəlxalq Məktəbində “Qış Milli Mətbəx Xeyriyyə Festival” keçirilib.

Azərbaycanın Türkmənistandakı səfirliyindən "Tehsil.biz"ə verilən məlumata görə, hər il olduğu kimi bu il də ölkəmiz festivalda təmsil edilib. Azərbaycan guşəsi dövlət bayrağımızla bəzədilib.

Festivalda Azərbaycanın Türkmənistandakı səfirliyi üçün ayrılmış guşədə milli mətbəximizin ləziz yemək və şirniyyatları iştirakçılara təqdim olunub.

Milli yemək və şirniyyatlarımız haqqında qonaqlara məlumat verilib, onlar bu təamları dadmağa dəvət ediliblər.

Milli mətbəximizin nümunələri festivala gələn qonaqlar tərəfindən rəğbətlə qarşılanıb.

Xəbər lenti