Logo

“CINEMO” Mobil Film Festivalının açılışı olub - FOTO

03.12.2023 17:10 189 baxış
IMG

Dekabrın 1-də Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Yaradıcı həftə” çərçivəsində Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə “CINEMO” Mobil Film Festivalının açılışı olub. 

Nazirlikdən "Tehsil.biz"ə bildirilib ki, festivalın məqsədi Azərbaycanda gənclərin yaradıcı fəallığının dəstəklənməsi, onların arasında mobil telefon vasitəsilə film istehsalının daha geniş tanıdılması, mobil çəkiliş sahəsində biliklərinin artırılması, istedadlı mobiloqraf və kinematoqrafların üzə çıxarılması, mobil filmin geniş imkanları vasitəsilə sosial dəyərlərin təbliği və istedadlı gənclər arasında yaradıcı əlaqələrin qurulmasıdır.

Açılış mərasimində Azərbaycanda ötən əsrin 60-cı illərində hərəkata çevrilən Kino Həvəskarları Klubunun fəaliyyəti və bugünkü mobil kino avadanlığının "əcdadları" sayılan həvəskar kinokameralarından bəhs edən sənədli film nümayiş olunub. Filmdə vaxtilə həmin klubun üzvləri olmuş və hazırda Azərbaycan kinosunda öz sözünü demiş tanınmış kino xadimləri Oleq Səfərəliyev, Mirsadıq Ağazadə, Tariyel Qasımov və Ələkbər Muradovun xatirələri yer alıb.

Tədbir müddətində “CINEMO” layihəsində iştirak etməyin şərtləri, onun mükafat fondu haqqında da ətraflı məlumat verilib.

Sonda mobil telefonla çəkilmiş və dünyada böyük maraqla qarşılan "Gəzinti" adlı fransız filmi nümayiş olunub.

Xəbər lenti