Logo

LDU-nun professor-müəllim heyəti Lənkəranda keçirilən ilk xeyriyyə sərgisində - FOTO

03.12.2023 20:00 220 baxış
IMG

Lənkəran Dövlət Universitetinin (LDU) professor-müəllim heyəti rektor professor Natiq İbrahimov başda olmaqla, “Beynəlxalq əlilliyi olan şəxslər günü” münasibəti ilə təşkil olunan “Əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqların əl işlərindən ibarət satış sərgisi” nə baxış keçirib.

Tehsil.biz xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyəti, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi və Sosial Xidmətlər Agentliyinin Lənkəran-Astara Regional filialının birgə əməkdaşlığı ilə keçirilən  sərgidə nümayiş etdirilən əl işləri bəyənilib və satın alınıb. Bununla  da cəmiyyətin həssas təbəqəsindən olan yaradıcı insanlara maddi və mənəvi dəstək göstərilib.

Qeyd edək ki, sərgidə Lənkəranla yanaşı Astara, Yardımlı, Cəlilabad, Masallı, Lerik rayonlarından sağlamlıq imkanları məhdud uşaq, yeniyetmə və gənclərin əl işləri satışa çıxarılıb.

Xəbər lenti