Logo

“Rəvandan İrəvana və Qərbi Azərbaycana” mövzusunda beynəlxalq konfrans öz işini başa vurub

03.12.2023 21:54 121 baxış
IMG

AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutu və Türkiyənin Türk Tarix Qurumunun birgə təşkilatçılığı ilə keçirilən “Rəvandan İrəvana və Qərbi Azərbaycana” mövzusunda beynəlxalq konfrans öz işini başa vurub.

Bu barədə "Tehsil.biz"ə institutdan məlumat verilib.

Bildirilib ki, Qərbi Azərbaycan və İrəvan tarixinə həsr olunmuş konfransda Tarix İnstitutunun əməkdaşları və Türkiyə Cümhuriyyətindən gələn alimlər iştirak edib.

Konfrans öz işini II panel iclasla başa vurub. II hissədə tarix üzrə fəlsəfə doktoru, dosent İradə Məmmədova “İrəvan əyalətinin Göyçə mahalının sərhədləri, ərazisi və demoqrafik vəziyyəti (1831-ci il kameral təsviri üzrə)”, tarix üzrə fəlsəfə doktoru, dosent Nazim Mustafa “İrəvan şəhərindəki türk-müsəlman irsi erməni tədqiqatçılarının əsərlərində”, prof. Dr. Nejla Günay “XX əsrin əvvəllərində İrəvan ətrafında Osmanlı-rus-erməni fəaliyyətləri və bunun Azərbaycan türklərinə təsiri”, tarix üzrə fəlsəfə doktoru, dosent Hacı Həsənov “XIX əsrin ilk sülsündə irəvanlıların xarici istilaçılara qarşı mübarizəsi”, prof. Dr. Yavuz Aslan “Revanın demoqrafik tərkibinin dəyişməsi”, prof. Dr. Mehmet Akif Okur “Ermənistanın tarixi geosiyasəti”, tarix üzrə fəlsəfə doktoru, dosent Ziyad Əmrahov “İrəvan şəhərinin idarəçiliyi (1828-1849)”, tarix üzrə fəlsəfə doktoru, dosent Fuad Tağıyev “İrəvanın siyasi tarixi armalarda”, tarix elmləri doktoru, dosent Güllü Yoloğlu “XIX-XX əsrlərdə İrəvan şəhərinin etnoqrafik mənzərəsi” mövzularında məruzələrlə çıxış ediblər.

Panel müzakirələr başa çatdıqdan sonra konfrans işini yekunlaşdırıb.

Sonda sertifikatlar təqdim olunub.

Xəbər lenti