Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi saytlarda dil normaları ilə bağlı pozuntuların sayını açıqlayıb.
"Tehsil.biz"in məlumatına görə, mərkəzin şöbə müdiri Vəfa İsmayılova bildirib ki, 60-a yaxın saytda aparılan monitorinq zamanı 1371 orfoqrafik səhv qeydə alınıb.
Şöbə müdirinin sözlərinə görə, monitorinq zamanı üslub və ifadə səhvləri də qeydə alınıb:
"Bu səhvlər zamani 928 dil faktı aşkarlanıb. Monitorinqlər 1-2 ay müddətində aparılıb".
Mərcanə Əsədova