Logo

Məktəblərdə qızılca ilə bağlı son vəziyyət açıqlanıb

04.12.2023 12:40 256 baxış
IMG

"Qızılca ilə əlaqəli aidiyyəti qurumlarla mütəmadi işləyirik. İstəyimiz odur ki, xəstəlik tədris prosesinə ciddi təsir göstərməsin. Təbii ki, əsas məsələ şagirdlərin təhlükəsizliyidir".

Tehsil.biz xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, qızılcaya yoluxanların sayı ayrı-ayrı məktəblərdə tək-tükdür:

"Başa düşməliyik ki, indiki vəziyyət valideynlərin 8-9 il bundan əvvəl verdiyi qərarların nəticəsidir. Xəstəliyin artımı müəyyən müddətə izlənilməlidir. Hazırda böyük pandemiya təhlükəsinin olmadığını göstərir".

E.Əmrullayev valideynlərə övladlarına vaxtında peyvənd vurdurmaları ilə bağlı çağırış edib:

"Qaradağda yerləşən 195 nömrəli məktəbin ibtidai sinfindən başqa distant təhsilə keçid olmayıb. Amma vəziyyət gündəlik rəqəm və durumdan asılı olaraq dəyişə bilər. Aidiyyəti qurumlarla yekun qərardan sonra distant təhsilə keçid ola bilər. Ümumilikdə məsələ nəzarətimizdədir".

Xəbər lenti