Logo

Alimlər zədələnmiş toxumaların sağalmasına kömək edə biləcək canlı robot yaradıblar

04.12.2023 12:55 277 baxış
IMG

Alimlər yaraların və zədələnmiş toxumaların sağalmasına kömək etdiyi güman edilən “antrobotlar” adlı canlı kiçik robotlar istehsal etməyə müvəffəq olublar.

"Tehsil.biz"in “CNN”ə məlumatına görə, Tafts Universiteti və Harvard Universitetinin alimləri tədqiqatlarında müxtəlif yaş və cinslərə malik yetkin donorlardan alınan trakeal hüceyrələrdən istifadə ediblər.

Alimlərin bu işi əvvəllər istehsal etməyə müvəffəq olduqları “ksenobot” adlı ilk canlı robotlar üzərində qurulub. Tədqiqatçılar bildiriblər ki, onların son məqsədi antropobotların tibbi tətbiqlərdə istifadə oluna biləcəyi sualına cavab verməkdir. Bu kontekstdə tədqiqatçılar kiçik robotların laboratoriyada yetişdirilən insan neyronlarında "zərəri təqlid etmək" üçün hərəkət edib-etmədiyini də araşdırıblar.

Tədqiqatçılar sağalma mexanizmini hələ dərk etməsələr də, “antrobotların” neyronların zədələnmiş nahiyəsində böyüdüyünü bildiriblər. Tədqiqatın müəlliflərindən biri olan Tufts Universitetinin fəlsəfə doktoru Gizem Gümüşkaya, tədqiqatda trakeal hüceyrələrə hərəkət təmin etmə qabiliyyətinə və nisbətən asan əldə edildiyinə görə üstünlük verildiyini söyləyib.

Tədqiqatın müəlliflərindən olan professor Maykl Levin bildirib ki, “antrobotları” bənzərsiz edən hüceyrələrin öz-özünə bir araya gəlməsidir. Levin bir çox elm adamının bioloji robotlar hazırladığını, lakin onların qurulmuş qəliblər üzərində yaşamaq üçün hüceyrələri əl ilə “səpərək” edildiyini söyləyib. Yaradılan “Antrobotlar” laboratoriya mühitində 60 günə qədər yaşaya biliblər.

Araşdırmanın nəticələri “Advanced Science” jurnalında dərc olunub.

Xəbər lenti