Logo

DİM xoreoqrafiya sənəti istiqaməti üzrə müəllim-ekspertləri əməkdaşlığa dəvət edir

04.12.2023 13:25 152 baxış
IMG

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən xoreoqrafiya ixtisası üzrə qabiliyyət imtahanlarında ekspert qismində iştirak üçün mütəxəssislər əməkdaşlığa dəvət olunur.

DİM-dən "Tehsil.biz"ə bildirilib ki, müraciət etmək istəyən rəqqas-xoreoqraflar dekabrın 29-dək [email protected] ünvanına CV-lərini göndərə bilərlər.

Tələblərə uyğun olan namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar. Müsahibə mərhələsini uğurla başa vuran namizədlər üçün qabiliyyət imtahanlarının təşkili, idarəedilməsi və qiymətləndirilməsi mövzusunda təlimlər keçiriləcək. Təlimlərdə namizədlərə imtahanlar haqqında ətraflı məlumat veriləcək.

Ekspertlər imtahanlara müqavilə əsasında cəlb ediləcək və gördükləri işin müqabilində müqavilədə nəzərdə tutulmuş əməkhaqqı ödəniləcək.

Tələblər:

- ixtisas üzrə ali təhsil (magistratura səviyyəsi üzrə təhsil arzuolunandır);

- uyğun sahə üzrə ifaçılıq və ya pedaqoji fəaliyyət vacibdir (sahə üzrə əmək fəaliyyəti 15 ildən çox olan şəxslərə iş yeri tələbi qoyulmur).

Xəbər lenti