AMEA Folklor İnstitutunun Elmi şurasının qərarı ilə Mərasim folkloru şöbəsinin hazırladığı “Mərasim folkloru məsələləri” seriyasından II kitab nəşr olunub.
İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, şöbə əməkdaşlarının məqalələrindən ibarət olan kitabda mərasim folklorunun müxtəlif problemləri tədqiqata cəlb edilib.
“Elm və təhsil” nəşriyyatında çapdan çıxan kitabdan humanitar elm sahələrinin mütəxəssisləri, alimlər, müəllimlər və universitet tələbələri faydalana bilərlər.
Kitabın redaktoru və “Ön söz”ünün müəllifi filologiya üzrə fəlsəfə doktoru, dosent Ağaverdi Xəlil, tərtibçisi filologiya üzrə fəlsəfə doktoru Şəhla Hüseynli, rəyçiləri filologiya üzrə fəlsəfə doktorları Nübar Həkimova və Vəfa İbrahimdir.