Logo

DİM noyabr ayında göstərdiyi xidmətlərin statistikasını açıqlayıb

04.12.2023 14:15 173 baxış
IMG

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən noyabr ayında göstərilmiş xidmətlərin statistikası açıqlanıb.

DİM-dən "Tehsil.biz"ə bildirilib ki, noyabr ayında keçirilmiş imtahanlarda 6581 nəfər iştirak edib.

Mərkəzin elektron xidmətlərindən istifadə sayı 76 min 945 olub. Noyabr ayı ərzində 1409 vətəndaş qəbul edilib. Beynəlxalq imtahanlarda 202 nəfər iştirak edib. Çağrı Mərkəzi vasitəsilə 6456, elektron poçt vasitəsilə 1800-ə yaxın, sosial şəbəkələr vasitəsilə 2000-ə yaxın müraciət cavablandırılıb. Çatbota daxilolma sayı 2127 olub.

Xəbər lenti