Logo

AzTU əməkdaşı beynəlxalq konfransda çıxış edib - FOTO

04.12.2023 14:33 145 baxış
IMG

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasında ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Multikultural cəmiyyətdə kitabxanaların rolu” mövzusunda I beynəlxalq elmi konfrans keçirilib.

Tehsil.biz xəbər verir ki, konfransda Azərbaycan Texniki Universitetinin (AzTU) Kitabxana İnformasiya Mərkəzinin (KİM) Texniki xidmətlər şöbəsinin böyük mütəxəssisi Yeganə Cəfərova “Ümummilli Lider Heydər Əliyev Müasir Kitabxana Konsepsiyası” mövzusunda məqalə ilə çıxış edib.

AzTU əməkdaşına konfransda fəal iştirakına görə sertifikat təqdim olunub.

Xəbər lenti