Logo

Ulu Öndərin 100 illik yubileyi münasibətilə kitab nəşr olunub

04.12.2023 15:04 247 baxış
IMG

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Azərbaycanda elan edilmiş “Heydər Əliyev İli” çərçivəsində AMEA-nın Gəncə Bölməsində də mütəmadi olaraq silsilə tədbirlər keçirilir, müxtəlif kitablar nəşr edilir.

AMEA-nın Gəncə Bölməsindən "Tehsil.biz"ə bildirilib ki, bu qəbildən olan növbəti elmi-kütləvi nəşrlərdən daha biri işıq üzü görüb. Kollektiv əməyin məhsulu olan “Ata vəsiyyəti” adı altında çapdan çıxmış kitab Azərbaycanın son iyirmi illik tarixində əldə olunmuş möhtəşəm uğur və qalibiyyətlərin yeganə düzgün strateji xətt olan Heydər Əliyev – İlham Əliyev siyasi varislik prinsipinin təntənəsi sayəsində mümkün olduğunun daha dərindən dərk edilməsi baxımından tədqiqatçılara və oxuculara kömək edəcək.

Kitabın layihə rəhbəri AMEA Gəncə Bölməsinin sədri akademik Fuad Əliyev, tərtib edənlər isə AMEA Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov və şöbə müdiri Təranə Verdiyevadır. Əlimuxtar Muxtarov, həmçinin kitaba “Ön söz” yazıb.

Beş mövzunu əhatə edən kitabda Prezident, Ali Baş Komandan İlham Əliyevin Ulu Öndərin müasir, güclü Azərbaycan dövlətinin formalaşdırılması, eləcə də ölkəmizin beynəlxalq arenada nüfuz sahibi olması yönündəki strateji xəttinə sadiqlik və hazırkı geosiyasi şəraitə uyğun olaraq qətiyyətli mövqe nümayiş etdirməsinə, milli həmrəyliyimizin daha da möhkəmləndirilməsinə nail olaraq qalibiyyət və inkişaf siyasətinin “Ata vəsiyyəti”ndən qaynaqlanan köklərinə nəzər salınır.

Xəbər lenti