Logo

Cəlilabadda mədəniyyət işçilərinin seminar-müşavirəsi keçirilib - FOTO

04.12.2023 16:07 185 baxış
IMG

Dekabrın 3-də Cəlilabad rayon Heydər Əliyev Mərkəzində mədəniyyət işçilərinin seminar-müşavirəsi keçirilib.

Tehsil.biz xəbər verir ki, əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Seminar-müşavirəni giriş sözü ilə açan Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayonu üzrə böyük mühasibi Elnur Atakişiyev gündəlikdə duran məsələlər barədə iştirakçılara məlumat verib.

Sonra qarşıdan gələn əlamətdar günlərlə bağlı mədəni-kütləvi tədbirlərin keçirilməsi istiqamətində müvafiq tapşırıq və tövsiyələr diqqətə çatdırılıb.

Xəbər lenti