Qərbi Kaspi Universitetinin “Təbiət elmləri” kafedrasının əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru Elnarə Cəfərovanın Türkiyənin nüfuzlu alimləri ilə apardıqları 5 illik tədqiqatların nəticələrini əks etdirən məqalə WEB OF SCIENCE bazasına daxil olan MARINE BIOLOGY RESEARCH (ISSN / eISSN: 1745-1000 / 1745-1019) jurnalında nəşr olunmuşdur. “Şərqi Qara dəniz sahili boyu bentik makro-onurğasızların növ tərkibi və ümumi sayında məkan və müvəqqəti dəyişkənliklər” adlı məqalədə R.T.Ərdoğan Universiteti Balıqçılıq fakültəsinin, Trabzon Mərkəzi Balıqçılıq Tədqiqat İnstitutunun və Qərbi Kaspi Universitetinin əməkdaşlarının Qara dənizin Şərq sahillərində birgə tədqiqatlarının nəticələri əksini tapmışdır