Logo

DİM xarici dil üzrə fəlsəfə doktoru imtahanı verən iddiaçılara müraciət edib

04.12.2023 17:08 130 baxış
IMG

Məlum olduğu kimi, 2023-cü il dekabrın 10-da Dövlət İmtahan Mərkəzi tərəfindən doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dil üzrə fəlsəfə doktoru imtahanı keçiriləcək.

Bu barədə "Tehsil.biz"ə Dövlət İmtahan Mərkəzindən bildirilib.

Qeyd olunub ki, iddiaçılar “İmtahana buraxılış vərəqəsi”ni bu linkdən çap edə bilərlər.

Qeyd edək ki, iddiaçı imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini, “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir.

Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, iddiaçı imtahana buraxılmayacaq.

Xəbər lenti