Logo

“Gəl, Yarat!” yaradıcılıq üzrə marafonun qalibləri məlum olub

04.12.2023 17:27 167 baxış
IMG

1-3 dekabr tarixlərində YARAT Müasir İncəsənət Məkanında “GƏL, YARAT” yaradıcılıq üzrə marafon təşkil olunub.

Mədəniyyət Nazirliyindən "Tehsil.biz"ə bildirilib ki, dekabrın 3-də “Yarat” Müasir İncəsənət Məkanında nazirliyin dəstəyi ilə keçirilən marafonun final mərhələsi baş tutub.

Beş istiqamət üzrə (animasiya, kino, qrafik dizayn, teatr və videoqrafiya) 25 iştirakçı komanda tərəfindən hazırlanan məhsullar səhnədə təqdim edilib. Sonda münsiflər heyətinin qərarı ilə aşağıdakı istiqamətlər üzrə komandalar qalib olaraq seçilib və mükafatlandırılıb.

Kino - “Alfa”
Teatr - “Səssiz”
Dizayn - “The last of us”
Videoqrafiya - “The pulse of innovator”
Animasiyada - “Ovsun”

“GƏL, YARAT!” marafonu Azərbaycan Film Akademiyasının kino və teatr, Bakı Dizayn Akademiyasınının qrafik dizayn, Azərbaycan Animasiya Assosiasiyasının animasiya istiqamətləri üzrə mentorluğu ilə "Yaradıcı Həftə" çərçivəsində reallaşıb.

Xəbər lenti